Azərbaycan komandası III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında üç medal qazanıb

Azərbaycan Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində təmsil olunub
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gəlir
Bakıda ilk Milli Turizm Sammiti keçirilib

Azərbaycan milli komandası Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında iki gümüş və bir bürünc medala sahib olub.

AZƏRTAC xəbər verir ki, Yakutiyanın milli idman növü olan mas-reslinq yarışında Nərgiz İbrahimova (75 kq) və Rəsul Səfərov (60 kq) gümüş medal qazanıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən Sultan Ağayev isə komandamızın aktivinə bürünc medal yazdırıb.

Qulu Kəngərli, AZƏRTAC-ın xüsusi müxbiri

İssık-Kul