Azərbaycan “National Geographic Traveler Awards-2018” mükafatının iki nominasiyasında ilk üçlükdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
ANAMA vətəndaşlara müraciət etdi

Azərbaycan “National Geographic Traveler Awards -2018” mükafatının iki nominasiyasında ilk üçlüyə daxil olub.

AZƏRTAC xəbər verir ki, ən yaxşı turizm istiqamətləri və xidmətləri üçün 25 nominasiyada onlayn-səsvermə iyunun 22-dən oktyabrın 22-dək davam edib. Səsvermənin yekunlarına görə, Azərbaycan “Ekskursiya istirahəti” və “Qastronomiya turizmi” nominasiyalarında ilk üçlükdə yer alıb.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan “İlin kəşfi” nominasiyasının qalibi olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva