Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Millət vəkili Müslüm Məmmədov seçiciləri ilə görüşüb
Nazirlik autizmli xəstələrlə bağlı yeni layihə hazırlayır, 18 yaşdan sonra diaqnoz dəyişdirilməyəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça”ın Qobustan filialının açılışında iştirak ediblər

Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.