BP: Cəbrayılda günəş elektrik stansiyasının təməli ilin ikinci yarısında qoyulacaq

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub
Prezident Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib

BP şirkətinin Cəbrayılda tikəcəyi 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarı 2024-cü ilin ikinci yarısında gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

B.Aslanbəyli qeyd edib ki, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır: “Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq”.

AZƏRTAC