Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Daxili işlər naziri Göyçayda vətəndaşların qəbulunu keçirəcək
Xocalı soyqırımı ilə yanaşı, xalqımıza qarşı törədilmiş digər qırğınların da dünyaya çatdırılmasına ehtiyac var
Bu gün Zəngilan Şəhəri Günüdür

Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.