“Azərbaycan qadını naminə” kitabının təqdimatı kecirilib

Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib
Prezident İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başlayıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini 35 dildə internet vasitəsilə dünya oxucularına çatdıran Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr olunmuşdur. Yalnız 2009-cu ildə nəşriyyat qrupu tərəfindən “Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol” (Azərbaycan, ingilis və fransız dillərində), “Sabaha doğru” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan bayrağı İst-river sahilində” (Azərbaycan və ingilis dillərində tam mətn, fransız, ispan, ərəb, Çin və rus dillərində xülasə) adlı kitablar nəşr etdirilib.
“Azərbaycan qadını naminə” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında Qadın siyasəti haqqında” 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunan kitabda ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti mühüm sənədlərin dili ilə şərh olunur.
Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciətləri, qadınların I qurultayındakı çıxışı, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri kitabda yer almışdır. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları daxil edilmişdir.
Qadın siyasəti ilə bağlı tarixi arayış, məlumat-soraq materialları, “Azərbaycan Respublikasında Qadın siyasəti haqqında” 6 mart 2000-ci il tarixli Fərman, “Gender bərabərliyi haqqında” Azərbaycan Respublikasının Qanunu da kitaba daxil edilən sənədlərdəndir.
Kitabın məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, buraxılışa məsul Vurğun Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.