Azərbaycan Xarici İşlər Naziri ilə Türkiyənin xarici işlər naziri arasında telefon danışığı olub

Bir sıra şəhərlərin baş planları təsdiqlənib
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib
Son tunc-Erkən dəmir dövrünə aid arxeoloji abidələr aşkar edilib

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb.

“Report”un xəbərinə görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. 

Tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Report