Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il tarixdə keçirilmiş Milli Məclisə Seçkilərlə əlaqədar BƏYANATI

“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması:Qubadlı rayonu
“Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il  tarixdə keçirilmiş Milli Məclisə Seçkilərlə  əlaqədar
BƏYANATI
Bakı şəhəri, 02 noyabr 2015 -ci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərinin daha ədalətli və demokratik keçirilməsi, seçki praktikasının  təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 63 DSK üzrə müşahidəni təşkil  edib. Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə  seminarlar keçirilmiş, “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilərək paylanmışdır. Assosiasiya 08 sentyabrda “Aralıq hesabat”,  21 sentyabrda “Azərbaycanda 2015-ci il 01 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Etiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair analitik təhlil” adlı sənəd”, 29 oktyabrda isə “Uzunmüddətli Müşahidənin Hesabatı” ictimaiyyətə təqdim edib. (Hesabat və digər nəşrlərlə www.avciya.az saytında tanış olmaq olar.)
AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və digər beynəlxalq müşahidə missiyaları ilə görüşlər  keçirmiş, geniş fikir mübadilələri aparmışlar.
Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-30, 12-30, 15-30, 17-30 və 19-30-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edib.  Bundan başqa assosiasiya seçki günü saat  21- 00 seçkinin nəticələri  ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə çatdırıb. Seçki günü ölkə üzrə bəzi ərazilərdə bəzi texniki çatışmazlıqlardan başqa elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçki günü qeydə alınmış bəzi  çatışmazlıqlar cox az sayda məntəqələri əhatə etmiş və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmamışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 01 noyabr 2015-ci il  tarixdə keçirilmiş parlament seçkilərini Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun olaraq  ədalətli və şəffaf keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, daha konstruktiv  və demokratik olduğunu vurğulayır, bu seçkilərin Azərbaycan dövlətinin daha da güclənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mühüm  mərəhələ olduğunu  bəyan edir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)    
  Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı