Azərbaycanın QHT Agentliyi Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunur

Xankəndidə Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci şahmat turnirinə start veriləcək
“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq” – AÇIQ MƏKTUB
Fransanın səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

2026-cı il sentyabrın 17-də Özbəkistanda Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimi keçirilib. Forumda 15 ölkədən 150 nəfərə yaxın nümayəndə iştirak edir.
“Dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın səmərəli modelləri” mövzusunda ilk sessiyada Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva iştirak edib.
Aygün Əliyeva “Dövlət və vətəndaş cəmiyyəti: institusional mexanizmlərdə Azərbaycan təcrübəsi” mövzusunda çıxışında Azərbaycanda dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı, bu istiqamətdə yaradılmış institusional mexanizmlər və əldə olunan təcrübə barədə məlumat verib.
Forum Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası, Özbəkistan Ali Məclisinin Vətəndaş Cəmiyyəti Fondu, Özbəkistan Milli Təşkilatlar Assosiasiyası, “Yüksəliş” Hərəkatı Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Forum Mərkəzi Asiya ölkələrində dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və regional tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma kimi çıxış edir.