Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Vatikanın internet portallarında Azərbaycan səfirinin məqalələri dərc olunub
Əli Həsənov: “The Financial Times” nəşrinin iddiaları qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Bakı. Trend: