Azərbaycan enerji təhlükəsizliyi məsələsində daha əhəmiyyətli ölkə olacaq

Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların tövsiyyələrinin təhlili
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
Rusiya politoloqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə baxışları

Bu yaxınlarda Vaşinqtonda keçirilən konfrans Azərbaycanın mövqeyinin müəyyənləşdirilməsi və ölkəmiz haqqında reallaqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması nöqteyi-nəzərindən nə dərəcə uğurlu oldu? Hansı məsələlər auditoriyada fəal müzakirələrə səbəb oldu?
– Yanvarın 27-də Vaşinqtonda keçirilən “Cənubi Qafqazda ABŞ-ın siyasəti: enerji və geosiyasi problemlər” konfransının əsas mövzusu ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə və Barak Obamanın yeni administrasiyası üçün tövsiyələrə həsr olundu. Konfrans Vaşinqtonun ən iri fond və elmi mərkəzlərindən biri olan Heritage fondunda təşkil olunmuşdu. Fondun adı demokratlardan daha çox respublikaçılar ilə bağlıdır, lakin bununla belə, dünyanın ən nüfuzlu və hörmətli fondlarından biri hesab olunur. Konfransda təqribən 150 nəfər iştirak edirdi, çıxış edənlər arasında Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun diretoru Fredrik Star, Heritage fondunun böyük elmi əməkdaşı Ariel Koen kimi hörmətli şəxslər, Luqor senatorunun müşaviri, Pentaqon və digər mərkəzlərin nümayəndələri var idi.
Əsasən ABŞ-ın Cənubi Qafqazdakı siyasəti, Türkiyə və Azərbaycan ilə münasibətlər, son vaxtlar yaranan enerji problemi, Ukrayna ilə Rusiya arasında “qaz müharibəsi” və onun “Nabukko” layihəsinə təsir məsələləri müzakirə olundu. İran ilə münasibətlər və ABŞ-ın yeni prezidentinin bu ölkəyə qarşı gələcək siyasəti, ABŞ və Rusiya arasında münasibətlər və onun münaqişələrin həllinə təsiri məsələləri də müzakirə mövzusuna çevrildi.
Konfrans iştirakçıları Türkiyənin Fələstin-İsrail münaqişəsindəki mövqeyinə də böyük diqqət ayırdılar. Qərb, Türkiyənin Azərbaycan-Ermənistan və Fələstin-İsrail münaqişələrində tutduğu mövqedən narahatdır. Apreldə ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı qətnamə müzakirə mövzusu olacaq. Gələcək erməni-türk münasibətləri olduqca böyük diqqət cəlb etdi. Azərbaycan üçün konfrans uğurlu oldu, biz öz mövqeyimizi ABŞ nümayəndələrinin, yeni administrasiyanın diqqətinə çatdırdıq və öz tövsiyələrimizi bildirdik.
– Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycanın əsas oyunçulardan bri kimi nəzərdən keçirilməsi sirr deyil. Sizcə, Avropa İttifaqı ölkələrinə enerji tədarüklərinin şaxələndirilməsi məsələsində Azərbaycan hansı rolu oynayır?
– Sirr deyil ki, Azərbaycan Ukrayna-Rusiya “qaz müharibəsi”ndən sonra Qərb üçün daha da maraqlı ölkəyə çevrildi. Azərbaycan enernji təhlükəsizliyi məsələsində artıq mühüm element kimi nəzərdən keçirilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Tbilisi-Qars yeni qaz kəməri layihələrinə və ümumilikdə Azərbaycana Qərb üçün alternativ və kifayət qərədər etibarlı enerji resursları mənbəyi kimi baxırlar. “Nabukko” məsələsi qətidir və mən çıxışımda bildirdiyim ki, bu məsələdə xeyli tərəfdar olduğu kimi, çoxlu məneələr də var. “Nabukko”nun tikintisinin necə maliyyələşdiriləcəyi hələ müəyyən olunmayıb, Avropa İttifaqı bu məsələyə daha fəal yanaşmalıdır. Digər problem tranzit məsəsi ilə bağlıdır. Türkiyə Azərbaycan qazının onun ərazisindən keçməklə Avropaya satılmasına hələ ki, razılıq vermir.
Digər mənbə sayılan Türkmənistan məsələsi də hələ həll olunmayıb. Gələcəkdə, bütün bu məsələlərin həllindən sonra Azərbaycan enerji təhlükəsizliyi məsələsində daha əhəmiyyətli fiqur olacaq.
Son hadisələr göstərdi ki, Rusiya Avropa üçün etibarlı enerji mənbəyi kimi nəzərdən keçirilə bilməz və bu, Avropanı təşvişə salır.
– Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi qaldırıldımı və ABŞ bu dondurulmuş münaqişənin həllinə hansı köməkliyi göstərə bilər?
– Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması yolları konfrans iştirakçılarının diqqət mərkəzində idi. Mən öz çıxışımda Rusiyadan Ermənistana son silah tədarükü məsələsini vurğuladım. Konfransda Ermənistan səfirliyinin nümayəndələri də iştirak edirdilər. Səfirin müavini mənim çıxışıma cavab olaraq bildirdi ki, Azərbaycan da silahlanır və ölkənin hərbi büdcəsi iki mlrd. dollardan çoxdur. Bundan sonra regionda təhlükəsizliyin necə təmin edilməsi və kimin daha çox müharibə təhlükəsi yaratması barədə müzakirələr başlandı.
Mən öz çıxışımda konfrans iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycanın silahlanması Bakının Ermənistan ilə müharibəni barpa etmək istəməsi demək deyil. Biz artıq 15 ildir ki, sülh danışıqları aparırıq və bu o deməkdir ki, Azərbaycan məsələni sülh yolu ilə həll etmək istəyir. Biz münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiqik, lakin münaqişənin hərbi yolla həllinin məsələnin nizamlanması üçün ən son variant ola biləcəyini də istisna etmirik.
Ölkənin hərbi büdcəsinin artması heç də o demək deyil ki, bu vəsaitlər yalnız silah alınmasına xərclənir. Vəsait əsgər və zabitlərin sosial müdafiəsinə, təhsil proqramlarına, yeni evlərin tikintisi və s. şeylərə sərf olunur. Ona görə, Azərbaycanın hərbi büdcəsinin artmasına Ermənistan üçün birbaşa təhlükə kimi baxmaq olmaz.
Azərbaycan, torpaqlarının daim işğal altında olması ilə razılaşmayacaq. Mən dünyanın heç bir ölkəsinin, heç bir beynəlxalq təşkilatın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını xatırlatdım. 2008-ci ilin mart ayında BMT Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən Qətnamə qəbul edib.
Konfransın digər iştirakçıları da, Azərbaycanın mövqeyini dəstəklədi. Pentaqon nümayəndəsi polkovnik Con Çiki də 907-ci düzəlişə qarşı kəskin çıxış etdi və Azərbaycanın Əfqanıstan və İraq məsələlərində ABŞ ilə fəal əməkdaşlıq etdiyini bildiridi. O, Amerka hökumətini 907-ci düzəlişi ləğv etməyə çağırdı. Professor Fredrik Star münaqişəni Azərbaycan ərazilərinin açıq şəkildə Ermənistan tərəfindən işğalı adlandırdı ki, bu da öz növbəsində erməni nümayəndələrinin əsəb dolu reaksiyasına səbəb oldu.
– Azərbaycan Diplomatiya Akademiyasının iki illik fəaliyyəti ərzində hansı uğurlar əldə olunub? Bu gün Akademiyanın proqramları nədən ibarətdir və gələcək üçün hansı planlar var?
– Bu yaxınlarda Azərbaycan Diplomatiya Akademiyasının (ADA) magistraturasına qəbul başlanıb. Bu, bizim magistraturaya ilk qəbulumuzdur və təhsil Qərb standartlarına cavab verəcək, Bütün dərslər ingilis dilində aparılacaq, professorlar əsasən Avropa və Amerikadan dəvət olunacaqlar. Tədris metodu tamamilə başqa cür olacaq – daha az mühazirə, daha çox interaktiv dərs və qruplarda müzakirələr. Biz hazırda yeni akademik şəhərcik tikirik. Kompleksin layihəsi Amerika arxitektorları tərəfindən hazırlanıb və iki ilə nəzərdə tutulmuş tikinti başa çatdıqdan sonra tələbələr əlverişli şəraitdə yaşayacaq və oxuyacaqlar.
Hazırda Akademiyada diplomatların hazırlanması üzrə kurslar keçirilir. Xarici İşlər Nazirliyinə işə qəbul edilən diplomatlar isə mütləq ADA-da altı aylıq kurs keçməlidirlər. Bu kurslar Qərb universitetləri, College of Europe, Amerikanın Fletçer, Hopkins, Corctaun universitetləri ilə birgə təşkil olunub.
Biz əsasən biliyə deyil, dinləyici vərdişlərinə söykənirik. Diplomatiya Akademiyası özünü qabaqcıl tədris müəssisəsi kimi görür. Biz yeni üsullar, standartlar tətbiq etmək istəyirik. Bizim başqa layihələrimiz də var. Biz artıq jurnal buraxırıq, “ADA Məclisi” adlı televiziya verilişi də var. Konfrans keçirəcək və tədqiqat materialları hazırlayacaq araşdırma mərkəzi də yaratmaq niyyətindəyik./Trend/