Azərbaycan qızıl ixracından gəlirini 51 % artırıb

FHN əhaliyə müraciət etdi: zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmayın
İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib
Xocavənd kəndində daha 32 ailəyə evlərinin açarları təqdim olunub 

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 60,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 % çoxdur.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.

Report