Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür
AMEA əməkdaşlarının Qarabağ ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır
Apreldə Bakıda beynəlxalq İKT forumu keçiriləcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan Qeyri-Hökumət Qeyri-kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma memorandumu, daha sonra Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə edilməsi üzrə parlament komissiyası ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


Memorandumların imzalanmasında məqsəd iki ölkənin qeyri-hökumət və qeyri-kommersiya təşkilatları arasında vətəndaş cəmiyyətinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, qeyri-hökumət təşkilatları arasında təmaslara yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması və iştirakçılar arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilmiş görüşdə tərəflər həmçinin təcrübə mübadiləsi, bir sıra mövzularda müzakirələr aparıblar.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi