Azərbaycan və Rusiyanın yerli özünüidarəetmə üzrə dərgiləri arasında əməkdaşlıq sazişi bağlanıb

Elxan Süleymanov: “AŞPA-da erməni işğalından bəhs edən üç qətnamə layihəsi müzakirəyə çıxarılacaq”
“Bəzi Avropa ölkələrində insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil”
Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir

Azərbaycan və Rusiyanın yerli özünüidarətetmə orqanları arasında əlaqələrin qurulması üçün “Azərbaycan bələdiyyə sistemi” jurnalı ilə Moskvada dərc olunan “Uprava” jurnalı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rüblük dərgisi olan “Azərbaycan bələdiyyə sistemi” jurnalının təsisçisi və baş redaktoru Vüqar Tofiqli məlumat verib.

Onun sözlərinə görə, iki ölkənin qanunvericilik aktlarına söykənən sazişdə tərəflər öz səlahiyyətləri çərçivəsində bir sıra istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Bura hər iki ölkədə formalaşan yerli özünüidarəetmə orqanlarının arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, hər iki ölkədə fəaliyyət göstərən elm-tədris mərkəzləri arasında əməkdaşlığın yaradılmasına yardımçı olmaq, kadrların ixtisasının artırılması və peşəkar təlim kurslarının təşkili, tərəflərin fəaliyyəti haqqında elmi-praktik materialların mübadiləsi, jurnalistlər arasında müsabiqələrin təşkili daxildir.

Sənədə görə, tərəflər Azərbaycan və Rusiyanın qanunvericilikləri ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində elmi-nəzəri materialların mübadiləsini həyata keçirir, Azərbaycanda və Rusiyada beynəlxalq səviyyəli konfranslar təşkil edirlər.

“Uprava” jurnalı Rusiya Bələdiyyə Akademiyasınının aylıq dərgisidir.