Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.
“Report”un məlumatına görə, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.
“Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə, həmçinin Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq”, – paylaşımda qeyd olunub.
Məlumat üçün qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Report