Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçib

Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib
Parlament Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib
Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 852 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir.

APA