Azərbaycanda ötən il dövlət teatrlarına gələn tamaşaçı sayı yarım milyona yaxın olub

ATƏT-in Baş katibi: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram”
Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub

Azərbaycanda 2025-ci ildə dövlət teatrlarına 412,6 min nəfər tamaşaçı gəlib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə azdır. Belə ki 2024-cü ildə 29 dövlət teatrına gələn tamaşaçı sayı 419 min olub.

Həmçinin qeyd edilib ki, 2025-ci ildə 3518 tamaşa nümayiş olunub və onlardan da 39-u yeni quruluşda olub.

Report