Azərbaycanda referendumu izləyəcək AŞPA missiyasının rəhbəri və tərkibi məlum olub

“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib
AVCİYA-nın vitse-prezidenti professor Asif Hacıyev Rusiya Federasiyasında keçirilən beynəlxalq tədbirdə çıxış etmişdir
TANAP daha bir mükafata layiq görülüb

AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək.
APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, hökumətin dəvəti əsasında baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə həmçinin italiyalı  Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir.
Missiya səfər müddətində Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbəri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcək.
AŞPA nümayəndələri səsvermə günü məntəqələrini gəzəcəklər.
Səsvermə ilə bağlı ilkin nəticələrə dair mətbuat konfransı referendumun səhəri günü keçiriləcək.