Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) Azərbaycan Respublikası 01 NOYABR 2015-Cİ İL MİLLİ MƏCLİS Seçkilərinin uzunmüddətli müşahidəsinə dair HESABAT

DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
1 iyun Ümumdünya Uşaqların Müdafiəsi günüdür
AVCİYA prezidentliyə namizədlərin iştirakı ilə dəyirmi masa keçirib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA)

AZƏRBAYCAN RESPUBLİKASI
01 NOYABR  2015-CI  İL
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR
Seçkilərin uzunmüddətli müşahidəsinə dair
Hesabat
Bakı, 26 oktyabr 2015-ci il

MÜNDƏRİCAT

A.   ÜMUMİ MƏLUMAT ………………………………………………………………………………………………………..3-17
1.     Seçkiqabağı siyasi mühit ………………………………………………………………………………………………….3-9
2.     Söz və mətbuat azadlığı ………………………………………………………………………………………………….. 9-12
3.     Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin  nəticələri….  12-15
4.     Sərbəst toplaşmaq azadlığı ……………………………………………………………………………………………….15-17
B.   SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ ……………………………………………………………………17-23
C.   TƏBLİĞAT, TƏŞVİQAT KAMPANİYASI ………………………………………………………………………….    23-29
D.   AVCİYA HAQQINDA MƏLUMAT…………………………………………………………………………………….   29-35
E.   TÖVSİYYƏLƏR ……………………………………………………………………………………………………………….. 36-37

ÜMUMİ MƏLUMAT

1.     Seçkiqabağı siyasi mühit
2015-ci ildə IV çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatdığından Prezident İlham Əliyev avqustun 28-də bu barədə xüsusi sərəncam imzalayıb və növbəti seçkilər noyabr ayının 1-ə təyin olunub. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Azərbaycan Respublikasında Milli Məclisə 1995, 2000, 2005, 2010-cu illərdə seçkilər keçirilib. 1995-ci il iyunun 13-də Azərbaycan Respublikasının Milli Məclisi ölkənin ali qanunvericilik orqanına seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi. İyunun 14-də isə “Azərbaycan Respublikasının ali qanunvericilik orqanına seçkilərin keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalandı. Milli Məclisə seçkilər 1995-ci il noyabrın 12-nə təyin olundu. Həmin gün ümumi seçki, noyabrın 26-da təkrar səsvermə, 1996-cı il fevralın 4-də təkrar seçkilər, fevralın 18-də isə təkrar səsvermə keçirildi.
Hazırki parlamentdə 125 dairə üzrə  11 partiya təmsil olunmuşdur. 125 deputatdan 69 nəfəri hakim partiyanın, 12 nəfər isə digər 10 partiyanı təmsil edir. 42 deputat isə heç bir partiyanı təmsil etməyən müstəqil deputatlardır. 5 il müddətində obyektiv və sübyektiv səbəblərdən 5 deputat yeri boşalıb, boş qalan yerlərə seçkilər keçirilməyib.
“Siyasi partiyalar haqqında” Qanunun17-1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət parlamentdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsi tərəfindən maliyyələşdirilir.
Dövlət büdcəsindən siyasi partiyalara maliyyə vəsaitinin  ayrılması əvvəlki illərə nisbətən siyasi partiyaların fəaliyyət  imkanlarını daha da genişləndirmişdir.
Siyasi partiyaların fəaliyyəti, seçkiyə hazırlıq tədbirlərininin həyata keçirilməsi, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı hüququndan istifadə etməsi, öz fikir və baxışlarını sərbəst şəkildə yayması ilə bağlı hər hansı problem və məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınamamışdır.
Parlament və dövlət orqanları qadınların yüksək dövlət vəzifələrinə və seçki adminstrasiyasının yüksək pillələrinə təyin olunmasını təşviq etmək və təmin etmək məqsədilə zəruri şərait yaradılıb. Milli Məclis üzvlərinin 2005- ci ildə 10,5 %-i, 2006-cı ildə 11,2 %-ni  qadınlar  təşkil edirdisə, 2010- cu ildə bu rəqəm  16%  olmuşdu. 2015-ci il seçkilərində bu rəqəmin daha da artacağı etimal olunur.
Seçki Məcəlləsinə edilən dəyişikliklərə əsasən ümumi seçki kampaniyasına start verilmə müddətinin 75 gündən 60-dək, namizədlərin təşviqat kampaniyasının 28 gündən 23-dək , imzaları və digər sənədləri topladıqdan sonra namizədlərin qeydiyyata alınması müddəti 10 gündən 7-dək, hərbi qulluqda, həbsxanalarda seçki hüququna malik olan şəxslər haqqında məlumatın seçki komissiyalarına çatdırılma müddətinin 25 gündən 20 günədək, eləcə də  təşviqat qruplarının qeydiyyat müddəti 10gündən 7 günədə azaldılıb. Namizədin qeydiyyatı üçün depozit və namizədlərə dövlət vəsaitinin ayrılması ilə bağlı müddəalar ləğv edilib.  Namizədlərin daha çevik seçki kampaniyası aparması ehtiyacı  bütün bu dəyişikləri zəruri edir.
Azərbaycanda dövlət qeydiyyatından keçmiş 54 siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyaların fəaliyyəti, seçkiyə hazırlıq tədbirlərininin həyata keçirilməsi, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı hüququndan istifadə etməsi, öz fikir və baxışlarını sərbəst şəkildə yayması ilə bağlı hər hansı problem və məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınamamışdır.
Siyasi partiyalar və media ilə yanaşı vətəndaş cəmiyyəti institutları, QHT-lər  müstəqil fəaliyyət imkanlarına malikdirlər. Xüsusilə seçkilər sahəsində fəaliyyət göstərən QHT-lərin paytaxt və regionlarda öz proqram tədbirlərinin təşkili ilə bağlı hər hansı ciddi problemlər müşahidə edilməyib. Əvvəlki seçkilərədə olduğu kimi  QHT-lərin seçki ilə bağlı maarifləndirici tədbirlərinin təşkili ilə bağlı xüsusi fəallığı nəzərə çarpır.
Seçki Məcəlləsinin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir.
Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4, Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə  7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17,  2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 9 tövsiyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdəAvropa Şurasının Venesiya Komissiyası Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Avropa Şurası Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin həllini tapmadığı təkliflərin həyata keçirilməsini tövsiyə ertmişdir. Venesiya Komissiyası yerli özünüidarə məsələləri ilə məşğul olmadığına görə 2014-cü il bələdiyyə seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. 2015-ci ilin noyabrında keçiriləcək Milli Məclisə seçkilər ərəfəsi bu qurumla əməkdaşlıqla bağlı hər hansı rəsmi  məlumat yoxdur. Venesiya Komissiyası Azərbaycan Respublikası ilə əməkdaşlığı dövründə əsasən 16 tövsiyə irəli sürüb. ATƏT/DTİHB Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın 31 avqust 2015-ci ildə tətib etdiyi Hesabatda (12-14 avqust 2015-ci il) yeni tövsiyyələr irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Secki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir. Ümumiyyətlə 2003-2015-ci illərdə  Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklikvə ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır.
Azərbaycan Respublikasında Milli Məclisə bu il keçiriləcək seçkilər ərəfəsi ölkədə sabit ictimai-siyasi mühüm mövcuddur. 2015-ci ilin keçən 10 ayında respublikada həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsi olaraq  iqtisadiyyatın 6 faiz, qeyri-neft sektorunun isə 9,2 faiz artmışdır. Nəzərdə tutulan bütün iqtisadi və sosial proqramların icrası davam etdirilmişdir.
Azərbaycana qarşı Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq respublikamız sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirdi.
ATƏT-ə üzv olan digər dövlətlər kimi Azərbaycan da seçkilərin müstəqil, qərəzsiz və peşəkar keçirilməsini təmin etmək üçün DTİHB beynəlxalq müşahidə missiyasını seçkilərə dəvət etmək öhdəliyini yerinə yetirib. Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Onlar isə seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə ediblər. Avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib. Bundan sonra, sentyabrın 11-də ATƏT müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib. Bundan sonra Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi qərar ( 14 sentyabr 2015-ci il) qəbul edib. Qərarda aşğıdakı məsələlər öz əksini tapıb:
1. Avropa Parlamentindən tələb edilsin ki, Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoysun, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəksin.
2. Avropa Parlamenti Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılsın.
3. Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilsin ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səylərini artırsınlar.
4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların Avropa Parlamentindəki pozucu fəaliyyəti qətiyyətlə pislənilsin və bu fəaliyyətə son qoyulması tələb edilsin.
5. Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırılsın.
6. Avropa Parlamentinin müvafiq qurumlarına müraciət edilsin ki, Avropa Parlamentinin sədri M.Şults ilə postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərləri araşdırsın və onun qeyri-qanuni fəaliyyətinə qiymət versinlər.
7. Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılsın.
8. Avropa Parlamentindən tələb edilsin ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.
9. Hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə şübhə altına alınması cəhdləri qətiyyətlə pislənilsin və bunlara son qoyulması tələb edilsin.
10. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
11. Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun.
12. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın.
13. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin.
Bu qərardan sonra Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) sentyabrın 15-də başlayan payız sessiyasında iştirakdan imtina edib.
Lakin Avropa Birliyi və ATƏT-dən fərqli olaraq  Avropa Şurası Parlament Assambleyası (AŞPA) daha konstruktiv mövqe nümayiş etdirib. Qurumun sentyabrın 28-də keçirilən növbəti sessiyasında Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidəçi göndərilməsi müzakirə edilib. Uzun müzakirədən sonra ispaniyalı parlamentari Jordi Xuclanın rəhbərliyi ilə 32 nümayəndənin göndərilməsi səsverməyə çıxarılıb və qəbul olunub. Səsvermədə 17 nəfər lehinə, 10 nəfər əleyhinə səs verməklə qərar qəbul edilib.
Beynəlxalq aləmdə baş verən iqtisadi böhran, yaxın şərqdə, Ukraynada mövcud olan müharibə ocaqları, Avropa ölkələrində miqrant böhranı, Ermənistanla 24 ildə artıq davam edən müharibə vəziyyəti və s. Azərbaycanda olan daxili sabitliyə xələl gətirə bilməmişdir. Ölkədə olan ictimai-siyasi mühit ədalətli, demokratik, şəfaf seçkilərin keçirilməsinə imkan verir.
Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif amillərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Fərəhli haldır ki, müstəqillik dövründə dünyanın demokratik dəyərlərini tam mənimsəyən Azərbaycan Respublikasında seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi ənənəsi formalaşıb.
Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində vəziyyət, seçki administrasiyasının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi ədalətili, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

2. Söz və mətbuat azadlığı
Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi Mətbuat Şurası fəaliyyət göstərir. Şura 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Şura 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş ATƏT-lə birgə təkmilləşdirilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları əsasında etik standartların gözlənilməsinə ümumi nəzarəti həyata keçirir. Bu qaydalar və mövcud qanunvericilik nəzərə alınmaqla mediada getmiş yazılarla bağlı şikayətləri araşdrır və müvafiq rəy verir. Bu rəy tövsiyyə xarakteri daşıyır. Şura məzəmmət vasitəsi kimi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozan qəzet və jurnalların sıyahısını müyyən edir. Şikayətlərə baxılma və araşdırlma qaydalrı hazırlanıb və Şuranın saytında yerləşdirilib. Şuranın qəzet və jurnalların redaksiya siyasətinə hər hansı təsir etmək imkanı yoxdur. Şura yalnız tövsiyyə xarakterli qərarlar qəbul edir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Fərnanı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilmişdir. 2009-cu il mart ayımda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun yaradılmasında məqsəd fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra – layihələr) və digər tədbirləri maliyyələşdirməkdir. Fond müsabiqə əsasında qəzet və jurnalların, juranlistika sahəsində fəaliyyət göstərn QHT-lərin təqdim etdikləri layihələri maliyyələşdirir.
Fond yarandığı gündən demək olar ki, tənqidçi və müxalif mövqedən çıxış edən bütün qəzetlərin layihələrini maliyyələşdirmişdir. Bu zaman Fond yalnız donor kimi çıxış etmiş və benefisiarların redaksiya siyasətinə heç bir təsir göstərməmişdir.
Dövlət tərəfindən çap mediasının layihələrinin maliyyələşdirilməsi və dövlət büdcəsindən onların fəaliyyətinin dəstəklənməsi üçün maliyyə ayrılması qəzet və jurnalların daha geniş miqyası əhatə etməsini şərtləndirmişdir.
Seçkiqabağı ərəfədə və seçkilər elan olunduqdan sonra yazılı və elektron medianın prezident seçkilərini xüsusi diqqət ayırdığı müşahidə olunur. Seçkiyə hazırlıqla bağlı tədbirlərin, kütləvi aksiyaların işıqlandırılması, müzakirələr aparılması, bütün maraqlı qüvvələrin mövqeyinin ifadə edilməsi ilə bağlı problemlərin meydana çıxması müşahidə edilmir.
Əvvəlki seçkilərlə müqayisədə “qara PR” hallarına demək olar ki, rast gəlinməməsi müsbət amil kimi vurğulana bilər. Eyni zamanda prezident seçkiləri ilə bağlı məsələlərin işıqlandırılmasında jurnalist etikasının pozulması hallarının da olmaması  diqqəti çəkir.
Azərbaycandakı 23 televiziya kanalı fəaliyyət göstərir, Ədliyyə Nazirliyində 4800-dən çox qəzet və jurnal qeydiyyata alınıb.
İnternet medianın (saytların və onlayn rejimdə işləyən xəbər portallarının) Milli Məclisə seçkilərlə bağlı məsələlərin işıqlandırılması, müzakirəsində xüsusi rol oynadığı müşahidə edilir. İnternet media hazırda vətəndaşların seçki ilə bağlı əsas məlumat mənbəyinə çevrilib.
İnternet medianın verdiyi yeni imkanlar seçki ilə bağlı baş verən proseslər, hadisələr barədə dərhal geniş kütələlərin məlumat almasına imkan verir. Azərbaycan internet mediası bu imkanlardan maksimum istifadə etməyə çalışır.
Parlament seçkiləri həmçinin sosial şəbəkələrin çox böyük populyarlıq qazandığı zamnda baş tutması ilə də fərqlənir.  Siyasi partiyalar və namizədlərin “Facebook”,  “Tvitter” sosail şəbəkələrindən təbliğat və təşviqat üçün geniş istifadə etməsi diqqət çəkir. Müşahidələr göstərir ki, prezident seçkiləri ilə bağlı müzakirə, polemikaların əsas platformaıs kimi hazırda məhz sosial şəbəkələr çıxış edir.
Vətəndaşlar internet və sosial şəbəkələrə sərbəst çıxış imkanına malikdirlər və bu sahədə heç bir məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınmayıb.
İnternet media və sosial şəbəkələr parlament seçkiləri ilə bağlı siyasi partiyalar və namizədlər üçün öz fikir və baxışlarının cəmiyyətə çatdırılmasına daha geniş imkanlar açıb.

3.  Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin  nəticələri
Assosiasiya may ayının 1-dən başlayaraq 9 qəzetin monitorinqinin təşkil edib. Bunlardan 3-ü müstəqil (525-ci qəzet, Şərq, Bakı Xəbər ), 3-ü müxalifət( Azadlıq, Yeni Müsavat, Xalq Cəbhəsi), 3-ü iqtidar ( Azərbaycan, Xalq, Səs) qəzetləridir. Monitorinqin məqsədi bu qəzetlərin seçki mövzusuna öz səhifələrində nə dərəcədə yer ayırmasını aşkara çıxarmaqdan ibarət olmuşdur. Mayın  1-dən sentyabrın 1-nə qədər monitorinqin nəticələr aralıq hesabatda öz əksini tapıb.
4.  Sərbəst toplaşmaq azadlığı
İfadə azadlığı və birləşmək azadlığı ilə birlikdə dinc toplaşmaq azadlığı fəaliyyətdə olan istənilən demokratik sistemin əsasını təşkil edir. Dinc toplaşmaq azadlığı, eləcə də bu azadlığa qoyulan məhdudiyyətlər İnsan hüquqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsində və ATƏT-in 1990-cı il tarixli Kopenhagen Sənədində aydın şəkildə əks olunub. Milli konstitusiyaların və fundamental qanunların əksəriyyətində bu sənədlərdəki müddəalar təkrarlanır və ya analoji prinsiplər müəyyən edilir. Sərbəst toplaşmaq azadlığı hüququnun tənzimlənməsinə yanaşmalar istər Avropa ölkələrində, istərsə də ATƏT regionunda xeyli fərqlidir. Müxtəlif ölkələrin qanunvericiləri müxtəlif modellərə müraciət ediblər. Bunlar bəzi ölkələrdə bu təməl azadlığın həyata keçirilməsini tənzimləyən xüsusi qanunların qəbul edilməsi, digərlərində bir sıra müvafi  qanunlara – məsələn polis fəaliyyəti və ümumi inzibati hüquqa aid qanunlara – xüsusi müddəaların əlavə edilməsindən ibarətdir. Bütün bunlar DTİHB-ni və Venesiya Komissiyasını bu azadlığın tənzimlənməsində milli hakimiyyət orqanlarının əməl etməli olduqları çərçivələrin müəyyən edilməsinə yönəli “Rəhbər prinsiplər”in hazırlanmasına sövq etdi. “Rəhbər prinsiplər”də Avropa ölkələrinin və ATƏT iştirakçısı olan dövlətlərin müsbət təcrübələrindən və AİHM-in praktikasından nümunələr əsasında qanunvericilər və qanunların tətbiqinə görə cavabdeh olanlar üçün praktiki alətlər toplusu təklif olunur. Həmin nümunələr toplaşmaq azadlığına aid məsələlərin tənzimlənməsində istifadə olunan müxtəlif qanunvericilik imkanlarını nümayiş etdirir. “Rəhbər prinsiplər” “canlı” (daim təkmilləşdirilən) alətdir.
Avropa Şurası Venesiya Komissiyasının müsbət rəyini almış “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun Azərbaycan Respublikasının Qanunu 1998-ci ilin 13 noyabrında qəbul edilmişdir. Bu qanuna əsasən paytaxt və bölgələrdə kütləvi aksiyalrın keçirilməsi üçün müvafiq yerlər ayrılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul edilmişdir.  Toplantıların keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmaması qanunun əsas xarakterik cəhətidir. Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini tapmışdır.
Parlamentə namizədlərin seçki kampaniyası zamanı sərbəst toplaşmaq üçün qapalı yerlər və açıq havada meydançalar təşkil edilmişdir. Bütün namizədlərə ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirmək üçün normal şərait yaradılıb. Bunun əyani sübutu kimi 25 oltyabr 2015-ci il tarixdə  Müsavat Partiyasının “Məhsul” stadionunda keçirdiyi  mitinqi göstərmək olar.
Monitorinq zamanı ölkə ərazisində sərbəst toplaşmaq azadlığı ilə bağlı hər hansı ciddi qanun pozuntusu müşahidə edilməmişdir.
SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ 
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli  sərəncamından  sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə Milli Məclisə seçkilərlə bağlı Təqvim Planı təsdiq edilib. Təqvim Planında seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər öz əksini tapıb. Həmin plana uyğun olaraq, sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək namizədlərin qeydə alınması prosesi həyata keçirilib və zəruri olan seçki sənədləri seçki komissiyalarına təqdim olunub.
Seçkiləri ölkə üzrə təşkil edən Mərkəzi Seçki komissiyası qəbul etdiyi təqvim planına uyğun olaraq işləri lazımı səviyyədə yerinə yetirib.  MSK bələdiyyə seçkiləri ilə əlaqədar 274 qərar və 11 təlimat qəbul edib.
Bu ilki seçkilərdə  1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlardan bir hissəsi namizədliyini geri götürdüyünə görə, hazırda 769 namizəd 125 mandat uğrunda mübarizə aparır.
İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43459, MSK-da isə 605-də artıq müşahidəçi qeydiyyatdan keçib.
Bundan əlavə MSK-dan  465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər.  Seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları  izləyəcək. Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya
parlamentləri, Böyük Britaniya Lordlar palatası , müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası , GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri  daxildirlər. Seçkilərdə müşahidəçi kimi iştirak edəcək Azərbaycan vətəndaşlarının sayı 2500-dir. Müstəqil şəkildə dairə seçki komissiyalarına müraciət edib müşahidə aparmaq istəyənlərin isə sayı 55 mini keçib. Akkreditasiya olunanların sayına istinad olunsa hazırda1 seçki  məntəqəsinə təxminən  10 nəfər müşahidəçi düşür.
İspaniyalı deputat Xordi Xuklanın rəhbərlik etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərindən ibarət nümayəndə  heyətinin tərkibinə 30 müşahidəçi daxildir. MSK  MDB-dən 147 müşahidəçini, o cümlədən uzunmüddətli əsasda işləyən 12 müşahidəçini akkreditə edib.  Missiyanın tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Yığıncağı İttifaqı, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri daxildir.
İsrail nümayəndə heyətinin tərkibinə 4 nəfər- İsrailin keçmiş xarici işlər naziri, “Naş dom- İsrail” partiyasının lideri Aviqdor Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren daxildir.
Milli Məclisə seçkiləri təşkilini həyata keçirən MSK tərəfindən “Seçki günü üçün yaddaş”, “Deputatlığa namizədlər üçün yaddaş”, “Polis əməkdaşlarının Milli Məclisdə iştirakına dair yaddaş kitabçası”, ” Müşahidəçilər üçün yaddaş” kitabçaları nəşr edimişdir. “Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür. Bundan başqa ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı MSK-ya məlumat təqdim etmiş KİV-lərin siyahısını açıqlamış,seçki dairələri üzrə qeydə alınanların siyahısını dəqiləşdirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib.
Parlament seçkisi 125 DSK, 5200 daimi, 300-ə qədər müvəqqəti, cəmi 5500-ə qədər  məntəqə seçki komissiyaları üzrə aparılacaq. Hazırda seçki komissiyalarında 30 mindən çox insan fəaliyət göstərir.
Qanunvericilikdə nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş məlumatlarla bir daha təhlil edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir daha dürüstləşdirib və və prosesə yekun vurulub.
2015-ci il may ayının 27-də MSK üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə Katibliyin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub. Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap prosesi, saxlanma şəraiti və digər aidiyyəti məsələlərlə tanış olan Komissiya üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib. Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə təşkil olunub. Bundan başqa seçicilər internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq MSK-ya ünvanlaya bilərlər. Seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili ərzində deyil, ümumilikdə il boyu müvafiq qurumlarla əməkdaşlıq şəraitində davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə dairə seçki komissiyaları tərəfindən toplanaraq siyahılarda nəzərə alınır. 2015-ci il may ayının 27-nə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır.
Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində 2015-ci il sentyabrın 3-də seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş genişmiqyaslı maarifləndirmə layihəsinə start verib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Avropa İttifaqının rəsmiləri və MSK Katibliyinin təmsilçiləri də iştirak ediblər.Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Seminar zamanı beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İrimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edib və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün ekspert qruplarının üzvləri iştirak ediblər. Bundan başqa Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə keçirib.
Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində – hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır. Treninqlər zamanı həmçinin, hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunub. Tədbirlər ümumilikdə 32000-dən artıq məntəqə seçki komissiyası üzvləri iştirak edib.
Milli Məclisə seçkilərlə əlaqədar 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) ədəd seçki bülleteninin çap olunub.
MSK oktyabrın 7-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Bundan başqa aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lər həyata keçirilib.Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən bu treninq layihəsinin əsası 2002-ci ildə qoyulub.Genişmiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə 30000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
MSK Seçki Məcəlləsinin tələblərinə əsasən 2015-ci ilin  yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri “qapı-qapı” gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülmüşdür. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir.
Respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılmaqla yanaşı, MSK-nın internet səhifəsində də yerləşdirilmişdir.
Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dürüstləşdirmələr aparılır.
Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparmış və KİV-lə bu istiqamətdə sıx əməkdaşlıq etmişdir. İndiyədək “Adınızı seçici siyahısında yoxlayın”, “Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, “Mərkəzi Seçki Komissiyasının qaynar xətti – 115”, “Seçici siyahıları internetdə”, eləcə də seçkilərə çağırış mövzulu çağırış plakatı hazırlanaraq respublikanın bütün bölgələrində əhalinin xüsusilə sıx olduğu yerlərdə nümayiş etdirilmişdir.
Monitorinqin nəticələri sübut edir ki, seçki administrasiyası əvvəlki seçkilərlə müqayisədə parlament seçkiləri ilə əlaqədar öz işini daha təkmil, qanunvericiliyə uyğun olaraq təşkil etmişdir.
Seçki şikayətləri
MSK-ya seçki şikayətləri ilə bağlı 94 müraciət olub. 11 halda şikayət edən şəxs təkrar müraciət edib.   Buna görə də şikayətlərə aşağıdakı qaydada 83 cavab verilib:

TƏBLİĞAT, TƏŞVİQAT KAMPANİYASI
“Seçki Məcəlləsi”nin 75.2 maddəsinə  əsasən seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçki kampaniyasının ümumən sakit və dinc mühitdə keçdiyi müşahidə olunur.
Seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yer müəyyən edilib ki, bunlardan 1436-sının qapalı, digərlərinin isə açıq məkanlardadır.
Təbliğat-seçicilərin seçkidə iştirak edib-etməməsinə, lehinə yaxud əleyhinə səsverməsinə,  namizədin müsbət, rəqibinin  isə mənfi imicinin formalaşmasına  yönəlmiş səyləri ifadə edən, sivil siyasi mübarizənin  mühüm institutlarından biridir. Bu mərhələdə seçkilərdə müəyyən edilən strateji məqsədlərin həyata keçirilməsi üçün real addımlar atılır. Seçkilərin ictimai-siyasi sabitlik  şəraitində, qanun çərçivəsində, Seçki Məcəlləsinin tələblərinə uyğun, eyni zamanda, seçki rəqabətinin təmin olunmasına şərait yaradan  mühitdə  keçirilməsinə dair demək olar ki, ümumi ictimai rəy formalaşmışdır. Eyni zamanda dövlət seçki prosesinə icra strukturlarının müdaxiləsinə, inzibati resursların istifadəsinin ciddi cəzalandırılmasına dair sərt  mövqeyini ardıcıl olaraq nümayiş etdirir və onun yerinə yetirilməsinə nəzarət edir.
Seçki Məcəlləsinə görə seçki kampaniyası 60 gün, seçki təşviqatı isə 23 gündür.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üçün isə seçki təşviqatı üçün 11 gün müəyyən olunub. Milli Məclisə seçkilərdə seçki təviqatı oktyabrın 9-da başlayıb, seçkiyə 24 saat qalmış başa çatacaqdır.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə seçkiqabağı təşviqat 2015-ci il oktyabr ayının 20-də başlanır və oktyabr ayının 31-i saat 08:00-da dayandırılacaq. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 125 dairə üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcək.
Deputatlığa namizədlərin maliyyə resurslarına gəldikdə isə seçki dönəmində namizədlərin maliyyə resurslarına  MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir. Bütün namizədlər seçki fondu üçün özlərinin bankda hesablarını açıblar.  Namizədlərin fondları MSK-da deyil, DSK-larda yerləşir. Seçki dövründə namizədlər üç dəfə – imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər.
Seçki kompaniyaları  üçün ənənəvi sayılan texnologiyalar sırasında namizədin seçicilərlə görüşləri, müxtəlif tədbirlərlə birlikdə  təşkil olunan namizəd-seçici ünsiyyəti, mitinqlər, iclaslar, yürüşlər, kütləvi aksiyaların keçirilməsi – və s.  mövcuddur. Bu aksiyaların  məqsədi-seçkiqabağı proqramın  çatdırılması, KİV-lərdə həmin görüşlərin reklam edilməsi üçün əsas yaratmaq, hər iki tərəfin canlı iştirak etdiyi hallarda  seçici ilə namizəd arasında pozitiv emosional dialoq yaratmaqdır.
“Seçkilər üzrə Azərbaycanın ilk səsvermə saytı” fəaliyyət göstərir.
Hər bir seçki məntəqəsi və dairə seçki komissiyalarının qarşısında təşviqat materiallarının asılması üçün lövhələr təşkil olunmuşdur. MSK hər bir dairə üçün seçicilərlə namizədlərin kütləvi görüşləri üçün də yerlər ayırıb.
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq”, “Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacağı ilə bağlı MSK məlumat yaymışdır. Seçki qanunvericiliyinə əsasən, ölkə üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və blokların üzvləri seçki kampaniyasında iştirak edərək, ödənişsiz efir vaxtından istifadə edə bilər. Builki seçkilərdə qeyd olunan həddi hakim Yeni Azərbaycan Partiyası aşıb və onlara İctimai Televiziyada ödənişsiz efir vaxtı təklif olunub. YAP isə seçkidə iştirak edən birtərəf namizədlər və siyasi partiyalarla bərəbər şəkildə təbliğat kampaniyası aparmaq üçün efir vaxtından imtina edib. Ölkədə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onlardan YAP istisna olmaqla heç birinin 60-dan artıq dairədə namizədi qeydə alınmayıb.
45 kütləvi informasiya vasitəsi Mərkəzi Seçki Komissiyasına müraciətdən sonra namizədlərin təbliğatını aparmaqdadır. KİV orqanları özlərinin daxili qaydalarına əsasən, müəyyən etdikləri qiymətlərlə namizədlərin təbliğatını aparırlar.
Ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı MSK-ya 22 internet saytı, 18 qəzet, 2 televiziya və radio müraciət etmişdir. Bunlar aşağıdakılardır:
İnternet saytlar
APA Holding, MİA (Müstəqil İnformasiya Agentliyi),Azadinform, Azxeber.com, Editor.az,AzVision.az, Gündəlik Teleqraf, Report, Yeni Çağ, Ölkə.az,  İstiqlal.az,  7news.az, Xeber1.az, Trend.az, Qafqazinfo.az, Gün.az, Aznews.az,Veteninfo.az, Bakuinfo.az, 1news.az, Aktual.az, Modern.az
Qəzetlər
Palitra,Unikal, Həftə içi, Üç nöqtə, Reytinq, Ana Kür, Xalq Hakimiyyəti, Region-Mediası,Azərbaycan,İki sahil, 525-ci qəzet, Kaspiy (RUS), Kaspi, Azad Azərbaycan, Şərq, Yeni Müsavat, Azərbaycan Gəncliyi,Cənub xəbərləri
Televiziya və radiolar
Visiontv.a, İctimai Televiziya və Radio Yayımları Şirkəti

Bəzi ekspertlər qeyd edirlər ki, tele kanalda deputatlığa namizədin 1 dəqiqəlik təşviqatı minimum əmək haqqının 35 mislinə barabərdir. Tele- kanalda deputatlığa namizəd saat 20.20-də 5 dəqiqə təşviqat üçün 17.700 manat ödəməlidir. Bu isə deputatın bir illik əmək haqqına yaxındır. Qəzetlərdə 1 kvadrat santimetr təşviqat materialı üçün 2-10 manat (rəsmi “Azərbaycan” qəzeti 1 kv santimetr üçün 2 manatdan 4 manatadək, “Yenu Müsavat” qəzeti 2 manat müəyyən edib) arasında qiymətlər müəyyən edib.Agentliklərdə isə səhifədən, yerdən və ölçüdən asılı olaraq təşviqat materialları üçün qiymətlər 500-2000 manat arasında dəyişir. Ictimai radio hər saniyə təşviqat üçün 7 manatdan 25 manatadək qiymət müəyyən edib.
Namizədlər əsasən ödənişli seçkiqabağı təşviqatdan daha çox sosial şəbəkələrdən istifadəyə üstünlük verirlər. Siyasi partiyalar və namizədlərin “Facebook”,  “Tvitter” sosail şəbəkələrindən təbliğat və təşviqat üçün geniş istifadə etməsi diqqət çəkir. Azərbaycanda Facebook sosial şəbəkəsindən istifadə edənlərin sayı 2013-cü ildə 960 min idisə, hazırda istifadəçilərin sayı xeyli artıb. Seçki öncəsi dövrdə vətəndaşların internet və sosial şəbəkələrə sərbəst çıxış imkanına malikdirlər və bu sahədə heç bir məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınmayıb. İnternet media və sosial şəbəkələr parlament seçkiləri ilə bağlı siyasi partiyalar və namizədlər üçün öz fikir və baxışlarının cəmiyyətə çatdırılması üçün daha geniş imkanlar açıb.
Seçkiqabağı təbliğat, təşviqat kampaniyasına bəzi DSK-larda namizədlərin ad və familiyalarının eyni olması onlar üçün çətinliklər yaradır. Məsələn, 8 saylı birinci Binəqədi DSK-da qeydə alınmış namizədlərdən ikisinin ad və soy adları eynidir. (Əlizadə Aysel  Alim qızı və Alizadə Aysel İsmayıl qızı). Bu da həmin namizədlər və seçicilər üçün təbliğat, təşviqat kampaniyasında texniki problemlər yaradır.
Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında  aparılıb. Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəyini, 12 %-i – ola bilsin ki, iştirak edəcəyini, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəyini, 9 %-i isə qətiyyən iştirak etməyəcəyini bildirib. 8,3 % isə bu barədə hələ qərar vermədiyini deyib.
“Secki-2015.az” saytı bir neçə müxalif siyasi partiya arasında sorğu keçirərək, onların seçkiqabağı təşviqatla bağlı fikirlərini öyrənib.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa:”Ölkədə majoritar qaydada parlament seçkiləri keçirildiyi üçün əsas ağırlıq namizədlərin öz üzərinə düşür. Partiyanın şüarlarını qabartmırıq. Hər bir namizəd öz şüarı, platforması ilə seçkiyə gedir, partiya da onlara dəstək verir. Seçkinin indiki mərhələsinə kimi namizədlərimiz bütün prosesləri vaxtında yerinə yetiriblər. Bununla bağlı ciddi qanun pozuntusu ilə rastlaşmamışıq. Bir-iki dairədə namizədlərin qeydə alınmasında anlaşılmazlıq var idi, onlar da qanun çərçivəsində öz həllini tapdı”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, F. Quliyev: “Builki parlament seçkilərində seçicilərlə görüşə, məlumat xarakterli bukletlərin mənzillərə çatdırılmasına, sosial şəbəkə və media üzərindən çıxışlar etməyə, məlumat lövhələrində plakatlarının asılmasına üstünlük verilib. Partiyadan ümumilikdə 17 nəfər namizəd var, hamısının eyni qayda ilə təşviqat aparır, hər hansı ciddi qanun pozuntusu ilə rastlaşmamışıq”
Müsavat Partiyası (MP) Mərkəzi İcra Aparatının rəhbəri G. Aslanlı: “Təmsil etdiyim siyasi təşkilat tərəfindən irəli sürülmüş namizədlər seçki kampaniyasının bu dövründə özlərinin seçki təbliğatını müstəqil və sərbəst surətdə, güclərinin çatdığı həddə, qanunauyğun şəkildə qurmağa çalışırlar.”
Ümid Partiyasının (ÜP) sədr müavini Ə. Ağazadə: “17 nəfər partiya namizədi təşviqat dövründə seçicilərlə birbaşa görüşlərə, təbliğat materiallarının sakinlərə çatdırılmasına üstünlük verirlər. Seçkinin indiki mərhələsinə qədər hər hansı qanun pozuntusu ilə rastlaşmamışıq”
AVCİYA apardığı monitorinq müddətində təşviqat kampaniyasında hər hansı ciddi qanun pozuntusu müşahidə etməyib.
Namizədlərin seçki kampaniyasının monitorinqi aşağıdakı halların aşkara çıxarmışdır:
·        Namizədlərin yerli TV-lərdən pullu efir vaxtından istifadəsi əvvəlki seçkilərlə müqayisədə azlıq təşkil etmişdir;
·        Namizədlərin əksəriyyəti elektron KİV-də təşviqata daha çox üstünlük vermişlər;
·        Bəzi namizədlər real seçki təşviqatı aparmaq əvəzinə “Seçkilər üzrə Azərbaycanın ilk səsvermə saytı”ndan, sosial şəbəkələrdən istifadəyə  istifadəyə üstünlük vermişlər.
·        Ölkə üzrə əsasən MSK-nın nəşr etdiyi təşviqat materiallarlından istifadə olunmuşdur. Namizədlərin təşviqat materialları əsasən  DSK və MnSK-ların qarşısında olan təşviqat lövlələrində asılmışdır.
·        Siyasi partiyalar namizədlərə təşviqat kampaniyası üçün vəsait ayrmamaları, MSK- nın bunu nəzərdə tutlmaması  təşiqat materiallarının yayımı, efir vaxtından istifadə və qəzetlərdə verilən reklamlar bu ilki seçkilədə əvvəlki seçkilərlə  müqayisədə   azlıq təşkil etmişdir.
·        Seçicilərlə  görüşləri əsasən  müstəqil namizədləri yüksək səviyyədə keçirilər, siyasi partiya namizədlərinin hakim partiyanın namizədləri istisna olmaqla seçicilərlə görüşü əvvəlki seçkilərdən fərqli olaraq çox az sayda qeydə alınmışdır.

AVCİYA HAQQINDA MƏLUMAT
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2003-cü ildə 10 QHT-nin təşəbbüsü ilə yaradılan Milli Qeyri Hökümət Təşkilatıdır. AVCİYA
AVCİYA-nın yaradılmasında əsas məqsəd Assosasiyaya daxil olan qeyri-hökümət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. AVCİYA Vətəndaş Cəmiyyətinin quruculuğunda ədalətli və şəffav seçkilərin mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq yarandığı gündən seçki prosesində iştirak edir. Konkret olaraq assosiasiya seçkilərlə bağlı aşağıdakı işləri həyata keçirib:
AVCİYA 2004-cü ilin dekabrında bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçinin iştirakı ilə bələdiyyə seçkilərinin monitorinqi prosesini təşkil edib. Bakıda (Nəsimi rayonu) və Şamaxıda yerləşən seçki dairələrində isə Resbuplikada ilk dəfə olaraq “exit-poll” tədqiqatını həyata keçirib.
2005 – ci ilin may-iyun aylarında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  “Azərbaycanda seçkiqabağı dövrdə elektoratın siyasi aktivliyinin monitorinqi” mövzusunda sosioloji sorğu kecirib. Bu sorğunun həyata keçirilməsində Assosiasiyaya Azərbaycanda Regional İnkişaf Mərkəzi, “Şəffaf Seçkilər” Monitorinq Mərkəzi, Beynəlxalq Təhlükəsizlik və Mühafizə Tədqiqatları Mərkəzi “İSDİ Center” (Avrouniversitet, Estoniya), “Vabaharra” qeyri-hökumət təşkilatı (Estoniya), “Mediana” Marketinq və media araşdırmalar İnstitutu (Sloveniya) yardım göstəriblər.
AVCİYA həmçinin 2005-ci il Parlament seçkilərini, 2006-cı ildə bəzi dairələr üzrə keçirilən təkrar parlament seçkilərini, müşahidə etmiş, ABŞ-ın Mitofski İnternational “exit-poll” şirkəti ilə birgə “exit-poll” təşkil etmişdir.  Assosiasiya 13 may 2006-cı ildə  keçirilmiş təkrar parlament seçkilərində Bolqarıstanın “Azad və demokratik seçkilərin  keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası”(ADSVTA)  və  “Şəffaf Seçkilər monitorinq mərkəzi” ilə  birgə  müşahidəçi qismində çıxış etmişdir. (ADSVTA) Seçki prosesini müşahidə etmək  üçün Bolqarıstandan olan  27 nəfərlik nümayəndə heyəti seçki ərəfəsində ölkəmizə dəvət olunub.
AVCİYA 15 oktyabr 2008 – ci il Prezident seçkiləri  ərəfəsi (1-15 avqust 2008) monitorinq həyata keçirərək nəticələri ayrıca sənəd şəkilində ictimaiyyətin diqqətinə çatdırıb. Assosiasiya Prezident seçkilərinin bütün dairə və məntəqələrdə (125 dairə və 5148 məntəqə) müşahidəsini təşkil etmişdir. Həmçinin, AVCİYA “ELS” Müstəqil Araşdırmalar Mərkəziylə birlikdə 15 oktyabr  prezident seçkilərində “exit-poll” və “quick count” tədqiqatlarını həyata keçirmişdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendum  ərəfəsi beynəlxalq təşkilatlarla  sıx əlaqələr yaradaraq 18 mart 2009 – cu il tarixdə keçirilən Referendumun ölkə üzrə 118 dairə üzrə 3000 məntəqədə  müşahidəsini təşkil edib. AVCİYA həmçinin ELS təşkilatı ilə birlikdə 118 dairə əhatə olunmaqla 800 məntəqədə “exit- poll”  tədqiqatını da həyata keçirib.
Assosiasiya  10 yanvar 2009 – cu il tarixdən başlayaraq Referendum ərəfəsi dövrün monitirinqi həyata keçirib və nəticələrlə bağlı mart ayının 10- da Aralıq Hesabat  tərtib edərək 13 mart 2009 – cu il tarixdə keçirlmiş mətbuat konfransında ictimaiyyətə təqdim edib. AVCİYA Seçki Qərargahı referenduma aid kitab nəşr etmiş və   müşahidəçiləri lazımı sənədlərlə təlimatlandırmışdır. Referendumla bağlı Yekun Rəy ayrıca sənəd şəkilində yayılıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 2008 – ci il yay sessiyasında müzakirə olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 11627 saylı qətnaməsində irəli sürülən 4 tövsiyyəyə uyğun olaraq may, iyun və oktyabr aylarında aşağıdakı 3 sənədi hazırlayaraq ictimaiyyətə təqdim edib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  23 dekabr  2009 – cu il tarixdə keçirilən  bələdiyyə seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi, onların MSK – ya müraciətləri, imza toplama kampaniyası və qeydə  alınma proseduru, seçici siyahıları, seçki  prosesi ilə bağlı qanun pozuntuları, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri  ərəfəsində ölkədəki siyasi mühüt, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviğat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyət həyata keçirib.
Bununla əlaqədar olaraq aralıq hesabat hazırlayıb. Aralıq hesabat 08 oktyabr – 18 dekabr  2009-cu il tarixini əhatə edib. Bələdiyyə seçkiləri günü   müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin  hesabat dekabr ayının 24 – də, yekun hesabat isə 8 yanvar  2010 – cu il tarixində ictimaiyyətə açıqlanıb. Ilkin və yekun hesabatda AVCİYA – nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri ilə yanaşı, “ELS” müstəqil araşdırmalar mərkəzi ilə birgə  dairə məntəqədə keçirəcək Exit Poll tədqiqatlarının nəticələri də öz əksini tapıb.