Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir

Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz
Miroslav Layçak: BMT Azərbaycanla əlaqələrə önəm verir
Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

“Report”un məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət edib.

Gənclərə Yuxarı və Aşağı Gövhər Ağa məscidlər barədə məlumatlar verilib.

Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı gənclər və könüllü təşkilatlarının Ağdama səfəri baş tutub.

Report