Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin müdafiə naziri ilə görüşüb

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq
İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub
ABŞ-nin Bakıdakı səfirliyi DÇ-2026-ya bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

“Report”un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

H.Akar Türkiyənin “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.

Report