Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb

Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında videoformatda iştirak edib
Qərbi Azərbaycan Xronikası: Zəngəzur mahalında Türk tarixinin izi
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyir”, – deyə o qeyd edib.

Report