Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir
Xocavənd sakinləri doğma yurda özünüməşğulluq proqramı çərçivəsində qurduqları kiçik biznesləri ilə qayıdacaqlar
Mərkəzi Seçki Komissiyasında parlament seçkilərinin başlamasına dair mətbuat konfransı keçirilib

Sentyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC