Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub
QHT dövlət qurumları ilə keçmiş məhkumların reabilitasiyası sahəsində əməkdaşlığı möhkəmləndirir

Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onların bu gün günorta radələrində Azərbaycana çatmaları gözlənilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Report