Bədii qiraət müsabiqəsi yekunlaşır

AVCİYA regionlarda müşahidəçilərlə treninqləri başa vurdu
AŞPA məruzəçisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşüb
AVCİYA cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yayıb

Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə fevralın 28-dən start verilmiş Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Bədii qiraət” müsabiqəsinə may ayının 25-də yekun vurulacaq. Fonddan verilən məlumata görə, Şamaxı Təhsil Şöbəsinə aid olan orta məktəblərdə, habelə Şamaxı Humanitar Kollecində və Azərbaycan Müəllimlər Institutunun Şamaxı filialında müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Müsabiqənin birinci mərhələsində 42 nəfər seçilib. Onlardan 36 nəfəri orta məktəblərin 5-11 sinif şagirdləridir. Müsabiqəin ikinci mərhələsi mayın 24-də start götürəcək. Xalq artisti Tofiq İsmayılovun sədrliyi ilə təşkil edilən münsiflər heyəti iştirakçıların çıxışlarını dinləyəcək və sonda qaliblər müəyyən ediləcəkdir.
Mayın 25-də isə Sabir günləri ilə bağlı keçiriləcək tədbirdə qaliblərin mükafatlandırılması olacaqdır.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M. Ə. Sabir yaradıcılığının təbliği, M. Ə. Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.

Saməddin