Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib

Avrokomissar Günter Ottinger Azərbaycana gəlir
Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb
Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, o, insan üçün ən təhlükəsiz sığınacağın ailəsi olduğunu deyib.

“Biz insanların ailədə özlərini rahat, azad, təhlükəsiz hiss etməsinə çalışmalıyıq. Çünki bütün ailə mühitini sığınacaqla əhatə edə bilmərik”, – Dövlət Komitəsinin sədri vurğulayıb.

B.Muradova qeyd edib ki, sığınacaq həvəsi digər məsələləri arxada qoymamalıdır: “Əlbəttə ki, həm beynəlxalq təşkilatların nəzdində, həm də dövlət proqramlarına uyğun olaraq sığınacaqlar yaradılıb, yenilərinin yaradılması planlaşdırılır. Bu, müxtəlif regionları əhatə etməlidir. Əgər şiddətə məruz qalan sığınacaqda məskunlaşırsa, şiddətə məruz qoyanın onun yerini bilməməsi məsələsi də var. O zaman hər şəhərdə, rayonda sığınacaq olmasına ehtiyac yoxdur. Sığınacaqların sayının az olmasına baxmayaraq, sığınacaqda məcbur qalan insanlar üçün çətinliklər yoxdur. Yəni onlar yerləşdirilə bilər. Bu onu göstəririr ki, zorakılıq ya sığınacağa yerləşdirmə həddinə qədər göstərilməyib, ya da zorakılığa məruz qalan hələ dözür. Cəmiyyətin bu məsələyə münasibətini dəyişməyi düşünürük”.

Report