Məsud Pezeşkian “MDB +1” formatının yaradılmasını təklif edib

ANAMA və FAO minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Əli Əsədov: “Abşeron” yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır

İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Birliyin Tehranla qarşılıqlı fəaliyyəti üçün “MDB +1” formatının yaradılmasını təklif edib.

Bu barədə “Report” “Fars”a istinadən xəbər verir.

“Dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi “MDB + İran” və ya “CIS+1″ formatı yaradılmalıdır”, – o qeyd edib.

O, həmçinin əlavə edib ki, bu mühüm və strateji regionun ölkələri çoxqütblü dünyanın formalaşmasında əsas oyunçulara çevrilməlidirlər:

“Biz ayrılma əvəzinə birləşmə, yorucu rəqabət əvəzinə – əməkdaşlıq, birtərəfli asılılıq əvəzinə – qarşılıqlı bağlılıq və təhdidlərə əsaslanan təhlükəsizlik əvəzinə – etimada və ümumi maraqlara əsaslanan təhlükəsizlik istəyirik”.

Report