“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb

Avropa Komissiyası AVCİYA-nın da daxil olduğu beynəlxalq konsorsiumun layihəsinin maliyyələşdirilməsi haqqında qərar verib
Şamaxıda Dağlıq Qarabağla əlaqədar Ağ Evdə yayılan petisiya ilə bağlı tədbir keçirilib
AVCİYA nəşr etdirdiyi kitabların təqdimatını keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri – “Bakı haqqında etüdlər” foto-albomu çapdan çıxıb.

APA-nın məlumatına görə, bu nəşr iki il öncə işıq üzü görmüş “Bakı haqqında 20 etüd” foto-albomunun yeniləşdirilmiş və təkmilləşdirilmiş variantıdır.

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən, oxucuların və paytaxtımızın qonaqlarının böyük marağına səbəb olan həmin foto-albom peşəkarlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, foto-albom Azərbaycan Nəşriyyatçılar və Poliqrafiyaçılar Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr etdiyi I Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Nadir tapılan nəşrə çevrilməsi foto-albomun yeni variantını  hazırlamaq zərurətini meydana çıxarıb.

Nəfis tərtibatla “Şərq-Qərb” mətbəəsində çap olunan foto-albomda Azərbaycan paytaxtının tarixi və bu günü fotolar və lakonik mətnlər vasitəsilə oxuculara çatdırılır. Foto-albomda tanınmış Azərbaycan fotoqrafları ilə yanaşı, Fabrizio Giraldi (İtaliya), Aleksandr Belenkiy (Rusiya), Vitaliy Yevdokimov (Özbəkistan) kimi xarici fotoqrafların foto-şəkilləri yer alıb.

Nəşrin ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.