Bakı metrosunun yeni keçid stansiyası inşa ediləcək

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub
Mikayıl Cabbarov: “Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var”

“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan “Qırmızı xətt”ə keçid mümkün olacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan “Sahil” stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.

Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası “Bənövşəti xətt”in “8 Noyabr”dan sonrakı stansiyası olacaq.

“Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.

“Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl xətt” üzrə davam etdirəcək”, – deyə B.Məmmədov əlavə edib.

Bakı MetropoliteniBəxtiyar Məmmədovyeni stansiya

Report