Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar yeni artımlarla birgə ödənilib

Prezident Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib
AIIB-də Azərbaycan üzrə alternativ direktor təyin edilib
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nərimanov rayonunda “Cümə” məscidinin açılışında iştirak ediblər 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Bu il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

AZƏRTAC