Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başlayıb

Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub
Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar

“Kibertəhlükəsizlik Azərbaycan üçün əhəmiyyətli məsələdir”.

“Report” xəbər verir ki, bunu Bakıda işə başlayan “Kibertəhlükəsizlik həftəsi “nin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O qeyd edib ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək: “Ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında “Kibertəhlükəsizlik strategiyası” müzakirə olundu və qəbul olundu. Tezliklə bu strategiyanın təsdiqlənəcəyini gözləyirik”.

Tədbirdə çıxış edən “Microsof Azerbaijan” şirkətinin rəhbəri Sərxan Həşimov isə bildirib ki, son illər Azərbaycan hakerlərin diqqətini daha çox çəkməyə başlayıb: “Ölkəmiz inkişaf etdikcə bu qüvvələrin marağı daha da artır. Ümid edirəm ki, dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində haker hücumlarının qarşısını almaq üçün daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”.