Bakıda “SAP Discovery Day Baku” forumu keçirilir

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
VIII Qlobal Bakı Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib
Türkiyə bayrağının Ermənistanda yandırılması ilə bağlı bəyanat-XİN

Bakıda “SAP Discovery Day Baku 2024” forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “SAP Se” şirkətinin baş vitse-prezidenti İqor Kurkov “SAP Discovery Day Baku” forumunda yeni tendensiyaların, biznes proseslərin transformasiyaya yanaşmalarının və müxtəlif layihələrin icrası təcrübəsinin müzakirə olunacağını qeyd edib.

“Azərbaycan və digər ölkələrin 300-dən artıq aparıcı şirkətlərinin rəhbər və mütəxəssisləri tədbirdə iştiraka dəvət olunub. Bizim “Cloud ERP” platformamız bizi rəqiblərimizdən üstün edir. Biz, sadəcə, innovasiya və genişlənməyi məqsəd qoymuş şirkətlərə hədəflənmişik”, – deyə İqor Kurkov əlavə edib.

“SAP Az”ın baş direktoru Anar Əliyev iştirakçıları forumun tarixi, rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə tanış edib: “SAP şirkəti Azərbaycana çox böyük yatırımlar edir, ekosistemi dəstəkləyir və genişləndirir, həmçinin bulud həlləri innovasiyalarını təşviq edir”.

Tədbirdə mükafatlandırma mərasimi baş tutub.

AZƏRTAC