Bakının birləşdiriləcək bələdiyyələri məlum olub

Anjey Kaspşik Dağlıq Qarabağa gəlib
İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Ahıska Türk mədəniyyətinin etnik tipologiyası – Maarif, folklor və ədəbiyyat

Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələrin siyahısı məlum olub.

“Report” xəbər verir ki, bu haqda “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələr aşağıdakılardır:

– Xəzər rayonu üzrə:

– Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

– Qaradağ rayonu üzrə:

– Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

– Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

– Pirallahı rayonu üzrə:

– Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

– Səbail rayonu üzrə:

– Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

Report