Baş nazir dövlət qəzetlərinə maliyyə yardımı barədə qərarına dəyişiklik edilib

Report

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair BƏYANATI

Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə qərarın adına “Xalq qəzeti” sözlərindən sonra “, “Respublika” sözü əlavə edilib. Bundan əlavə, qərarın “Bakinski raboçi” qəzetinin illik tirajı (nüsxə ilə) 1700-dən 166-ya, qəzet kağızına illik tələbat 123 tondan 12 tona endirilib.
Digər bir dəyişikliklə isə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Respublika” qəzetinin redaksiyasına illik 1534 min tirajın hər bir nüsxə 10 səhifə ilə 111 ton qəzet kağızına olan illik tələbatı dövlət büdcəsinin vəsaiti hesabına alınacaq. “Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində “Azərbaycan” nəşriyyatına müvafiq məbləğdə vəsait də nəzərdə tutulacaq.

Report