Belarus səfiri Xankəndidə Qarabağ Universitetinin rektoru ilə görüşüb

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb 
“The Jakarta Post” Heydər Əliyev Beynəlxalq Aeroportunu ən gözəl aeroport adlandırıb

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramovla ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Belarus səfiri Dmitri Pineviç Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetində olub və rektor Şahin Bayramovla görüşüb. Universitetlə Belarusun ali təhsil müəssisələri arasında əməkdaşlığının qurulması məsələləri müzakirə edilib”, – məlumatda qeyd olunub.

Report