Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür
Media nümayəndələri Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla tanış olublar
Martda Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olacaq
Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva insan hüquqlarının daim qorunmalı və təmin edilməli olduğunu bildirib. Qeyd edilib ki, müharibə dövründən bu günə qədər bir milyondan çox insanın hüquqlarının tam təminatı üçün problemlər vardır. Ən böyük problem Azərbaycanın azad olunmuş ərazilərinin ermənilər tərəfindən işğal dövründə minalanmasıdır.
Ombudsman postmüharibə dövründə bir çox vətəndaşın mina qurbanı olduğunu və ağır xəsarət aldığını qeyd edib.
Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında ənənəvi jurnalist yazılar və “Mən və hüquqlarım” şüarı altında ənənəvi uşaq rəsm müsabiqəsi barədə məlumat verib. O bildirib ki, müsabiqədə üç nəfər həvəsləndirici yer, üç nəfər 3-cü yer, iki nəfər 2-ci yer, bir nəfər isə 1-ci yerə layiq görülüb.
Sonda rəsm və yazı müsabiqəsinin qalibləri təltif olunublar.

AZƏRTAC