Beynəlxalq Türk Akademiyasının prezidenti Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb

Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışı olub
Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini təsdiqləyib
Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb.

AZƏRTAC xəbər verir ki, “Şeir cövhərinin tacını geyən Nizami” adlanan məqalə Qazaxıstanın rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan” qəzetində dərc olunub.

Məqalədə müəllif Nizami Gəncəvinin mənəvi irsinin bütün Şərq aləmində və türk dünyasındakı rolundan bəhs edir. Bundan əlavə, dahi şairin yaradıcılığının qazax şeirinə və klassiklərinin əsərlərinə təsiri qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası şairin irsinin beynəlxalq səviyyədə tədqiqi və təbliği istiqamətində layihələr həyata keçirməkdədir.

Akademiyanın dəstəyi ilə Nizaminin əsərlərinin qazax dilinə tərcüməsi həyata keçirilib və indiyədək tərcümə olunmuş əsərləri ilə birlikdə nəfis tərtibatda yeni kitabların nəşri nəzərdə tutulub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri