Birinci vitse-prezident azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb və Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub
Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron qaydada veriləcək
Emin Əmrullayev: Fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

AZƏRTAC