“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb
İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın təqdimatı keçirilib

Oktyabrın 1-də Xocavənd rayonunun ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı, iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksəkvəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər.

Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar.

Daha sonra yüksəksəviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.

Müxbir – Elmir Səftərov

Fotoqraf – Azər İbrahimov

Videooperator – Ceyhun Mustafayev

AZƏRTAC