Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Sahil Babayev: “Əsas hədəf büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır”
Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli toplantısı keçirilir

Türkiyədə 216 muzeyi və qoruğu əhatə edən rəqəmsal transformasiya layihəsinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

O bildirib ki, layihə çərçivəsində ağıllı bilet sistemi, rəqəmsal ödəniş, süni intellekt dəstəkli analitika, audio bələdçi, artırılmış və virtual reallıq tətbiqləri istifadəyə veriləcək.

Yeni sistemlə istifadə müddəti başa çatan muzey kartlarının əvəzinə Türkiyə vətəndaşları üçün şəxsiyyət vəsiqələrindən istifadə etmək mümkün olacaq.

Ersoy layihə çərçivəsində mədəni irs texnologiya ilə birləşdirərək ziyarətçilərə daha sürətli və təhlükəsiz xidmətin göstəriləcəyini bildirib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul