BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

ÜST “omikron” ştamının qlobal yayılması riskinin yüksək olması barədə xəbərdarlıq edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları səssiz aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı iştirakçılar qayıdış hüququnun təmin edilməsi, dekolonizasiya prosesinin başa çatdırılması və tarixi ədalətin bərpasına çağıran plakatlar qaldırıblar.

Plakatlarda “Qərbi Azərbaycan — qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin”, “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur” şüarları yer alıb.

Aksiya iştirakçıları bununla qayıdış hüququnun fundamental hüquq kimi təmin edilməsinin və müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyinə diqqət çəkiblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York