Bolqarıstandan olan müşahidə missiyası prezident seçkiləri ilə bağlı fəaliyyətə başlayıb

Dövlət Komissiyası: Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi, və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə indiyədək cavab verməyib
Sahibə Qafarova: Fransanın Qarabağla bağlı qərəzli yanaşması qəbuledilməzdir
Müdafiə Nazirliyinin nümayəndəsi ordu quruculuğu sahəsində yerinə yetirilən tapşırıqlarla bağlı çıxış edib

Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsünün seçki müşahidə missiyası martın 26-dan Bakıda fəaliyyətə başlayıb. Sechki-2018.az saytının məlumatına görə, missiyanın 4 nəfərlik heyəti həmin gün QHT rəhbərləri və media təmsilçilərilə görüş keçirib.

Görüşdə çıxış edən missiya rəhbərinin müavini Katya Mixaylova bildirib ki, onlar 2003-cü ildən başlayaraq Azərbaycandakı seçkiləri müşahidə edirlər. O qeyd edib ki, məqsəd Azərbaycanda keçirilən seçkilərin qanunlara və ümumi qəbul edilmiş standartlara uyğunluğu ilə bağlı müşahidələr aparmaqdır.

K.Mixaylova əlavə edib ki, ümumi seçki mühitini qiymətləndirmək üçün QHT təmsilçiləri, media nümayəndələri, həmçinin prezidentliyə namizədlərlə müzakirələrin aparılması planlaşdırılıb.

Görüşdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, həmçinin Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, digər QHT rəhbərləri Nailə İsmayılova, Vüsalə Hüseynli, Vüqar Bayramlı və başqaları seçki prosesi ilə bağlı ilkin müşahidələri barədə fikirlərini bölüşüblər.

Qeyd edilib ki, missiya martın 29-da aralıq hesabatı təqdim edəcək.

www.sechki-2018.az