Böyük Qayıdış: Ağdərənin Vəngli kəndinə daha 16 ailə yola salınıb

XİN: Qarabağ münaqişəsinin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq
İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib
Klod Monike: Biz Azərbaycana böyük maraq göstəririk

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəngli kəndinə bu mərhələdə 16 ailə – 76 nəfər köçürülür. Doğa yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AZƏRTAC