“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb 

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər
Human Rights Watch Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilən hücumlarla bağlı araşdırma yayıb
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə – 332 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AZƏRTAC