Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Dövlət başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”
AVCİYA Gəncə və ətraf rayonlarda seçki maarifçiliyini davam etdirdi
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb.

AZƏRTAC xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq. Bu KİV-lər 47 ölkəni təmsil edirlər.

Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq.

Səsvermə saat 19:00-da başa çatacaq.