Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür

Aprelin 11-də səhər saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb.

Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü beş dəfə – saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.azwww.cec.gov.azwww.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.

Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.

Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir.

Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da başa çatacaq.