Simon Pitermen: Azərbaycanda keçirilən seçkilərin sayı artdıqca bu ölkədə daha çox inkişaf hiss edilir

Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər
DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək
Prezidentin köməkçisi: “Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var”

Mən Belçikadan Azərbaycana aprelin 11-də burada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Hazırda bir araşdırma mərkəzində siyasi analitik olaraq çalışıram. Azərbaycana ilk gəlişim deyil. Yenidən bu ölkədə olmaqdan məmnunluq hissi keçirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Lyej Universiteti və Brüssel Universitetinin professoru Simon Pitermen bildirib.

Belçikalı professor deyib: “Düşünürəm ki, hər şey qaydasında olacaq, çünki bu, Azərbaycanda keçirilən ilk seçkilər deyil. Fikrimcə, Azərbaycanda keçirilən seçkilərin sayı artdıqca bu ölkədə daha çox inkişaf hiss edilir”.