Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Parlamentdə 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!

İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

Baş nazir bildirib ki, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

AZƏRTAC