Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilib 
Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Azərbaycan və Çexiya Respublikası arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm çərçivə yaradılıb. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb, cari ilin yanvar-avqust aylarında isə təqribən 760 milyon dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Çexiya biznes forumunda deyib.

Y.Abdullayev qeyd edib ki, xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac məhsulu olaraq qalır və bu ilin 8 ayında neft ixracının dəyəri 700 milyon dollardan çox olub. Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 8-ci, əsas ixrac istiqamətləri arasında isə 5-ci yerdə qərarlaşıb. Gübrələr, metanol, alüminium, eləcə də bəzi meyvə və tərəvəzlər Çexiya bazarına ixrac potensialı yüksək olan məhsullar sırasındadır.

Foto – Orxan Kərimov