Bugünədək Azərbaycanın 10 şəhəri BMT-nin “Sülh Şəhərləri Başçıları” təşkilatının üzvlüyünə qəbul olunub

XİN: YUNESKO Azərbaycanın çağırışlarına laqeyd yanaşıb, qətiyyət nümayiş etdirməyib
Paytaxtda və bölgələrdə yağış yağacaq
Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib

1 iyun 2021-ci il tarixində Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul olunub.

Yaponiyanın Azərbaycandakı Səfirliyindən verilən xəbərə görə, Ağdam (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa rayonu (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) ilə birlikdə Füzuli şəhəri nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycan Respublikasının 10-cu şəhəri olub.

“Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin ozamankı bələdiyyə başçısı Takeşi Araki tərəfindən təsis edilib. Sülh Şəhərləri Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır.

1 iyun 2021-ci il tarixinə olan məlumata görə “Sülh Şəhərləri Başçıları” təşkilatının üzv sayı dünyanın 165 ölkə və bölgələrindən olan 8,031 şəhəri əhatə edir.

“Sülh Şəhərləri Başçıları” haqqında daha ətraflı məlumat almaq üçün mayorsforpeace.org/english/index.html saytına keçid almaq mümkündür.

APA